Accessibility links

Səudiyyə Ərəbistanı "Blackberry" şirkəti ilə anlaşdı


Razılığa görə şirkət ölkədə kompyuter serverləri quraşdıracaq

Səudiyyə Ərəbistanı rəsmiləri bildirir ki, ölkə Blackberry şirkəti ilə razılıq əldə edib. Razılıq smart fonun mesaj xidmətinə daimilik qadağa qoyulmasının qarşısını alıb. Mediaya danışmağa icazə verilmədiyindən məlumat verən rəsmilər adlarının açıqlanmasını istəməyib. Onlar deyir ki, saziş smart fon istehsal edən şirkəti Səudiyyə Ərəbistanında kompyuter serverləri quraşdırmağa çağırır. Səudiyyə rəsmiləri bundan sonra serverlərə çıxış əldə edib, təhlükəsizliyi qorumaq üçün mesajları monitor edə biləcək. Rəsmilər deyib ki, Blackberry quraşdırma prosesindədir və yeni serverləri sınaqdan keçirir.

XS
SM
MD
LG