Accessibility links

Səudiyyə Ərəbistanı neftin barrelinin $100 olmasını arzulayır

  • Amerikanın səsi

Xam neftin başlıca ixracatçısı olan Səudiyyə Ərəbistanı neftin barrelinin qiymətinin 100 dollar olmasını arzulayır. Bu aruzunu neft naziri Əli əl-Nəimi dilə gətirib.

Cümə günü neftin beynəlxalq bazarda qiyməti 112 dollara qlaxmışdı. Mart ayında qiymət 128 dollar idi. 2011-ci ildə neft qiymətləri 100 dollardan yuxarıda qərar tutub. Bu, isə yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb, və zərif qlobal iqtisadiyyatın sabitliyinə təhlükə törədir.

“Biz istəyirik ki, neftin qiyməti 100 dollar olsun. Biz bunu istəyirik,” deyə Nəimi bildirib. O, əlavə edib ki, Səudiyyə Ərəbistanı neftin qiymətini endirmək üzərində işləyir. OPEK-in ən iri neft istehsalçısı olan Riyad aprel ayında gündəlik 10.1 milyon barrel neft hasil edib. Bu, isə son 30 ilin ən rekord rəqəmidir.

XS
SM
MD
LG