Accessibility links

Səudiyyə Ərəbistanı səfirini Misirdən geri çağırdı


Səudiyyə Ərəbistanı “məsləhətləşmə” məqsədi ilə Misirdəki səfirini geri çağırdığını açıqlayıb. Misirli vəkilin Səudiyyə Ərəbistanında həbs edilməsindən sonra krallığın Misirdəki səfirliyi və konsulluqları qarşısında etiraz aksiyaları keçirilib.

Ötən il Misirdə inqilab baş verəndən bəri ilk dəfədir ki, iki dövlət arasındakı ziddiyətlər bu həddə çatıb. Hakimiyyətdən devrilmiş Hüsni Mübarək Riyadın yaxın müttəfiqi idi.

Misir hərbi şurasının rəhbəri Feldmarşal Məhəmməd Hüseyn Təntavi Səudiyyə krallığı ilə münasibətləri yoluna qoymağa çalışdığını və Riyadın qəfil qərarından təəccübləndiyini bildirib.

Aprelin 17-də Ciddə aeroportuna gələn Əhməd əl-Qezavinin həbsindən sonra Qahirədəki Səudiyyə səfirliyi qarşısında etiraz nümayişləri vüsət alıb.

XS
SM
MD
LG