Accessibility links

Səudiyyə Ərəbistanında qadınlar öz hüquqları uğrunda kampaniyalara başlayıb (Video)


Bu il Səudiyyə şəhərlərinin mağazalarında daha bir yeniliklə rastlaşmaq olar - satıcı qadınlarla

Son zamanlar Səudiyyə Ərəbistanında qadınlar öz hüquqları uğrunda diqqət cəlb edən kampaniyalara başlayıblar ki, bu sıraya maşın sürmək hüququ də daxildir. Bu kampaniyalar qadınların işlilik səviyyəsinin artımına da müəyyən təsir göstərib.

Bu il Səudiyyə şəhərlərinin mağazalarında daha bir yeniliklə rastlaşmaq olar - satıcı qadınlarla. Düzdür, onları hələlik yalnız qadın alt paltarları mağazalarında görmək olar. Qadınların illərdir kişi satıcılarla alt paltarı alveri ilə bağlı etirazlarından sonra Kral Abdulla yeni qanun imzaladı.

Bir qadın bunun çox yaxşı fikir olduğunu və qadınların qadın satıcılarla rahat söhbət edə bildiklərini deyir. “Qadın satıcılarla söhbət etmək, onlardan məsləhət almaq daha rahatdır, adam utanmır,” – deyə, o bildirir.

Belə bir qanunun qəbul edilməsi Səudiyyə Ərəbistanı üçün böyük bir addımdır. Lakin bu ölkədə qadınların işləməsinə hələ də icazə verilmir. Buradakı sərt qanunlara əsasən qadına səyahət etməyə, işləməyə, hətta cərrahiyə əməliyatı aparılması üçün belə ailəsindəki kişinin icazəsi olmalıdır.

London Kral kollecindən professor Mədavi Əl-Rəşid Səudiyyə Ərəbistanında qadına münasibət ölkənin dini qanunlarına əsaslanır.

“Dini millətçilər Allahın yer üzərində səltənətini yaratmağa can atır və bunun həyata keçirilməsi üçün qadından istifadə edirlər. Bunun da iki səbəbi var, qadın millətin artmasına, sosial və mədəni inkişafa cavabdehdir.” – deyə, professor Əl-Rəşid bildirir.

Lakin son zamanlar baş verənlər mədəni normalarda dəyişikliklər olduğunu göstərir. Buna misal Riyad kimi şəhərlərdə sükan arxasında qadınların artmasını göstərmək olar. Hökumət hələlik buna ehtiyatla yanaşır. Adətən polis özünü görməzliyə vurur.

Belə addımları ölkədə qadın hüquqları yolunda inqilab kimi qiymətləndirmək olarmı? “Qətiyyən yox. Dövlət kiçik protest kimi addımları öz adına çıxmağa çalışır. Mühafizəkar traybalist bir ölkədə reformist cərəyanın mövcud olduğunu göstərməyə çalışır. Təəssüf ki, qadınların ölkədə etdikləri nailiyyətlər sui-məqsədlər üçün istifadə olunur” - deyə, professor Əl-Rəşid bildirir.

Keçən ilin sentyabr ayında kral Abdulla qadınlara işləmək və bələdiyyə seçkilərində iştirak etmək icazəsi verilməsi barədə qanun imzaladı. Professor Əl-Rəşid hökumətin belə islahatlar keçirməklə, xalqın diqqətini digər ərəb ölkələrində baş verən inqilablardan yayındırmaq olduğunu deyir.

XS
SM
MD
LG