Accessibility links

Pakistanda Səudiyyə Ərəbistanının diplomatı qətlə yetirilib


Pakistanda Səudiyyə Ərəbistanının diplomatı qətlə yetirilib
Pakistanda Səudiyyə Ərəbistanının diplomatı qətlə yetirilib

Səudiyyə Ərəbistanı bu gün Pakistandakı diplomatının qətlə yetirilməsini pisləyib. Səudiyyə rəsmiləri Kəraçi şəhərindəki konsulluqda işləyən Həsən əl-Xətaninin işə gedərkən qətlə yetirildiyini deyirlər. Pakistan polisi motosikletdəki silahlı şəxslərin əl-Xətaniyə maşını sürərkən atəş açdığını bildirib. Qətlin səbəbləri məlum deyil və məsuliyyəti öz üzərinə götürən olmayıb. Qətl hadisəsi Saudiyyə Ərəbistanının Kəraçidəki konsulluğuna iki qumbara hücumundan bir neçə gün sonraya təsadüf edir. Həmin hücum zamanı xəsarət alan olmamışdı.

XS
SM
MD
LG