Accessibility links

Dünyanın başlıca neft istehsalçıları hasilatı ixtisar etməkdən imtina edib


Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları dünya üzrə neft qiymətlərinin kəskin düşməsinin qarşını almaq üçün neft hasilatının həcminin azaldılması barədə razılıq əldə etməyib.

Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi Vyanada Venesuela, Rusiya və Meksikanın enerji rəsmiləri ilə OPEK üzvlərinin görüşündən öncə danışıqlar aparıb. Lakin dörd ölkə dünya üzrə neft qiymətlərini monitorinq edib, üç aydan sonra daha bir görüş keçirmək barədə razılığa gəlib.

Dünya üzrə neft hasilatının təxminən üçdə bir hissəsi Səudiyyə Ərəbistanı və Venesuela da daxil olduğu 12 üzvü olan OPEK kartelinin üzərinə düşür. OPEK üzvləri olmayan Rusiya və Meksika isə əsas neft istehsalçılarıdır.

Bəzi ölkələr iyun ayından bəri 30 faiz enərək, hazırda qiyməti bir barrel üçün 80 dollar olan qlobal neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə neft hasilatınının ixtisarı üçün Ər-Riyada təzyiq göstərir.

Rusiya neft hasilatının gündə 25 min barrel həcmində ixtisar etdiyini bildirib, lakin bunun qlobal qiymətlərə təsir edəcəyi ehtimalı olduqca azdır.

Təhlilçilər qiymətlərin düşməsini dünya bazarında neftin həcminin böyük, tələbatın isə az olması, eyni zamanda, qlobal iqtisadiyyatın inkişafının zəifliyi və hazırda dünyanın ən böyük neft istehsalçısı olan Birləşmiş Ştatlarda şist neft istehsalının artması ilə izah edirlər.

XS
SM
MD
LG