Accessibility links

Qonaqlıqda iştirak edənlərə qarşı məhkəmə prosesi başlanıb

Şərqi Azərbaycan Ədliyyəsinin veb səhifəsinə istinadən, İran polis məmurları ötən günlərdə Təbriz yaxınlığında yerləşən Sufiyan şəhərində gənc qız və oğlanların birgə iştirak etdiyi qonaqlığın keçirildiyi villaya daxil olaraq, yallı oynayan 35 qonağı nəzarət altına alıblar.

Olayla bağlı məlumat verən Sufiyan Ədliyyə Dairəsi başqanı Tağı Fətəlizadə baş verənləri belə açıqlayıb:

“Sufiyanın Yaylaq bölgəsində bir villada qarışıq (qızlar və oğlanların birgə olduğu) bir qonaqlığın təşkil edildiyinə dair məlumat aldıqdan sonra qonaqlığa qatılanların həbs və tanıdılması üçün dərhal məhkəmə əmri çıxarıldı və məmurlar polis texnikalarından istifadə edərək, dərhal villaya girməyi bacarıb mübtəzəl (bayağı) mahnılarla rəqs edib yallı oynayan 35 qadın və kişini, eləcə də xarici içki şüşələrini müşahidə ediblər.”

Ədliyyə saytı saxlanılanların ilkin təhqiqat üçün Sufiyan məhkəmə qurumuna təslim edildiyi, tutulanlarla bağlı məhkəmə prosesinin başladığını və onların bəzilərinin Təbriz zindanına göndərildiyini qeyd edib.

XS
SM
MD
LG