Accessibility links

Yeni ixtira - Ağıllı çamadanlar [Video]


Yeni ixtira - Ağıllı çamadanlar
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Səyahət edənlər üçün yaxşı xəbər – Yaxın zamanda onlar çamadanlarını özləri daşımayacaq, çamadanlar yiyələrinin arxasınca özləri gedəcək. “Ağıllı çamadan”lar adlı aksesuarı Livanın yuxarı sinif şagirdləri icad edib.

Səyahətə çıxan insanlar yaxın gələcəkdə aeroportlarda əlləri boş gəzəcək. Onların əlində yalnız “Dalımca gəl çamadan” adlı yeni qurğu olacaq. “Biz, 5 nəfərdən ibarət qrup güc sərf edilmədən, özü sənin dalınca gedən çamadan icad etmişik. Biz belə bir qərara Dubay aeroportunda insanların ağır yüklərini daşımaqda necə əziyyət çəkdiyini gördündən sonra gəldik. Və biz belə bir çamadan icad etmək istədik.” deyə ixtiraçılardan biri deyir.

Bu qurğuda kompyuterin beyni kimi tanınan proses mərkəzi (CPU) və bir neçə sensor var. Çamadanın üstünə qoyulduğu infro-qırmizi cihaz sahibinin ayağına bağlanmış qurğunu izləyərək, onun ardınca gedir.

Bu qurğuya qlobal pozisiya sistemi (GPS), rabitə sistemi (GSM) və SİM kard da yerləşdirilib. Beləliklə, əgər sizin çamadan uzaqda qalıb və ya itibsə, sizə çamadanın harada olduğu barədə məlumat veriləcək.

Çamadana “dalımca gəl” və ya “dayan” kimi təlimatları vermək üçün isə siz mobil telefonunuzdan istifadə edə bilərsiniz.

Bu gənc ixtiraçılar Almaniyada “Beynəlxalq İxtiraçılar Federasiyası”nın keçirdiyi müsabiqədə ”Ağıllı çamadan”lara görə qızıl medala layiq görülüb. Hazırda isə komanda istehsal etdiyi cihazı bazara çıxarmaq üçün kifayuət qədər pul əldə etməyə çalışır.

XS
SM
MD
LG