Accessibility links

Birləşmiş Ştatlarda Şükranlıq bayramı ailələr hind toyuğu ziyafəti üçün bir araya gəlir. Ancaq ABŞ prezidenti Barak Obama on illərdir davam edən adətə görə iki milli Şükranlıq hind toyuğunu əfv edir.

Bu il sərbəst buraxılan hind toyuqlarının adları Popkorn və Karameldir.

Prezident zarafatla onların cəsurluğunu müsbət qiymətləndirərək Ağ Evdəki 80 hind toyuğundan yanlnız onların azadlığa buraxıldığını bildirib.

İndi bu iki bəxtli quş Şükranlıq günü bayraf süfrəsinə çıxarılacaq hind toyuqları arasında olmayacaq.

Şükranlıqda həm də milyonlarla insan ailələri və dostları ilə görüşmək üçün səfərə çıxışır.
XS
SM
MD
LG