Accessibility links

Görkəmli alim Süleyman Əliyarlı vəfat edib (yenilənib) [Video]


Tarix elmləri doktoru, professor Süleyman Əliyarlı
Tarix elmləri doktoru, professor Süleyman Əliyarlı

O,150-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 8 kitabın müəllifidir

Məşhur Azərbaycan alimi, tarixçi Süleyman Əliyarlı cümə günü Bakının Yasamal qəbrstanlığında dəfn edilib. Dəfn mərasimində Azərbaycanın elmi və demokratik ictimaiyyətinin çox sayda nümayəndəsi, mərhumun professoru olduğu Bakı Dövlət Universitetinin rəhbərliyi, tələbələri və müəllimləri iştirak ediblər.

Dəfn mərasimində qısa nitqlə çıxış edən Müsavat Partiyasının lideri İsa Qəmbər Əliyarlını dahi insan və təkcə Azərbaycan xalqının deyil, həm də türk dünyasının alimi adlandırıb.

“Süleyman Əliyarlı kimi insanlara həyatda ikən dəyər verilməlidir”, deyə Qəmbər bildirib.

Əliyarlı Azərbaycanın müasir tarix elminin ən görkəmli nümayəndələrindən biridir. O, uzun müddət Bak; Dövlət Universitetinin Azərbaycan Tarixi Kafedrasına rəhbərlik edib.

1954-cü ildə Moskva Dövlət Universitetinin məzunu olan Əliyarlı sovet dövründə Azərbaycanın Rusiya İmperiyasına könüllü şəkildə qoşulması haqqında tezisə qarşı çıxdığı üçün təzyiqlərə və təqiblərə məruz qalıb. O, həmçinin 1984-cü ildə azərbaycanlıların ümumtürk köklərinə diqqət çəkilən Azərbaycan xalqının etnogenezi haqqında araşdırmanın nəşrinə görə hücumlara məruz qalıb.

Əliyarlı “Kitabi Dədə Qorqud” qədim türk dastanının Drezden kitabxanasında saxlanılan orta əsrlərə aid əlyazmasını (ikinci əl yazması Vatikanda saxlanılır) tədqiq edib.

2013-cü ilin avqustunda Əliyarlı Türk Dünyası Araşdırmaları Akademiyasının akademiki, habelə Ümumdünya Türk Xalqları Konqresinin Ağsaqqallar Şurasının fəxri prezidenti və rəhbəri seçilib.

Əliyarlı yanvarın 17-nə keçən gecə - həyat yoldaşının 40-dan bir gün əvvəl vəfat edib


^^^

Görkəmli azərbaycanlı alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı yanvarın 16-da 84 yaşında dünyasını dəyişib.

Süleyman Əliyarlı 1954-cü ildə Moskva Dövlət Universitetini bitirib.

1954 də "Fərqlənmə diplomu" ilə bitirdikdən sonra Azərbaycan EA Tarix İnstitutunda 5 il çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edildim və bu günə qədər həmin kafedrada çalışıb.

1969 tarixində Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazıb.

Azərbaycan KP-nin təqiblərinə məruz qalmıb 1983-84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap etmiş, Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşib.

1989-2000 illərdə Azərbaycan milli Məclisinin Yer Adları (Toponimiya) Komisyonuna başçılıq edib.

1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komisyonu Rəyasət Heyətinin üzvü olub.

1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb. 2000 ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Kurumu Şərəf Üyəsi (fəxri üzvü) seçilib .

Adı çəkilən Türk Tarix Kurumu və Center For Balkan Turkology Researches kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq edib.

Türkcə və ingiliscə yenicə çap olunmuş (Ankara, 2002) 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.

2013-cü ilin avqustunda Türk Dünyası Araşdırmaçılar Akademiyasının akademiki, həmçinin Türk Xalqları Ümumdünya Konqresinin Ağsaqqallar Şurasının fəxri prezidenti və rəhbəri seçilib.

150-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 8 kitabın müəllifidir.
XS
SM
MD
LG