Accessibility links

ABŞ-ın Sülh Korpusu İordaniyada fəaliyyətini dayandırır


ABŞ-ın Sülh Korpusu İordaniyadan onlarla könüllüsünü çıxarıb, hazırda regionda vəziyyəti nəzərə alaraq ölkədə fəaliyyətini dayandırır.

Agentlik şənbə günü İordaniyadan 37 gənc könüllünün çıxarıldığını bildirib.

Qərar ABŞ-ın Əmmandakı səfirliyinin İordaniya paytaxtında böyük ticarət mərkəzlərində mümkün təhlükələrlə bağlı xəbərdarlığından sonra verilib.

İslam Dövləti qrupunun keçən ilə ərazilərinin bir hissəsini işğal etdiyi Suriya və İraqla həmsərhəd olan İordaniya ABŞ-ın başçılığı ilə militanatlara qarşı hava hücumları həyata keçirən koalisiyanın üzvüdür.

Bu, ikinci dəfədir ki İordaniyada 1997-ci ildən fəaliyyətə göstərməyə başlayan Sülh Korpusu ölkədən öz könüllülərini çıxarır. Proqram 2002-ci ildə Birləşmiş Ştatların İraqa müdaxiləyə hazırlaşdığı zaman dayandırılmışdı. Könüllülər ölkəyə 2004-cü ilə qayıtmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG