Accessibility links

"Sülh Korpusu" nun 50 yaşı tamam olur


Prezident Con Kennedi "Sülh Korpusu"nun könüllüləri ilə, 1961-ci il

Prezident Con Kennedi "Sülh Korpusu"nun könüllüləri ilə, 1961-ci il

50 il bundan əvvəl sabiq prezident Con Kennedi Briləşmiş Ştatlarda "Sülh Korpusu" yaradılması barədə sərəncam vermişdi. O vaxtdan bəri 200 000-dən çox könüllü kasıb icmalara yardım məqsədi ilə dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir.

Aleks Qordon "Sülh Korpusu"nda 1990-cı illərdən bəri çalışır. Qordon deyir ki, "Sülh Korpusu"nda könüllü çalışmaq dünyada ən gözəl iş görmək deməkdir. Artıq 20 ildir könüllü olaraq işləyən Qordonun növbəti səfəri Liberiyayadır.

Prezident Con Kennedi "Sülh Korpusu"nu 1961-ci ildə təsis etdi. Ağ Evin qarşısında keçirilən mərasimdə o, yeni könüllülərə bildirdi ki, onlar dünya boyu Amerikanın reputasiyasını formalaşdıracaqlar. “Əgər siz onlara azadlıq, bütün dünyada insanların həyatının yaxşılaşa biləcəyi fikirlərini, ölkənizdəki gözəl ənənələri çatdıra bilsəniz uzağa gedə bilərsiniz”- deyə, o bildirdi.

Vaxtilə "Sülh Korpusun"neda könüllü kimi işləyən Aron Vilyam indi həmin təşkilatın direktorudur. O, uzun illərdir "Sülh Korpusu"nun çox sayda könüllüsünün müxtəlif ölkələrdə müsbət təcrübələrə nail olduqlarını deyir.

Təşkilatı dəstəkləyənlər "Sülh Korpusu"nun ABŞ xarici siyasətinə müsbət təsir göstərdiyini, hərbi büdcə ilə müqayisədə daha az vəsait xərclədiyini deyirlər. Lakin prezident Obama təşkilatı ikiqat genuşləndirmək barədə vədinə əməl edə bilmədi və Konqress büdcənin on milyonlarla dollar azaldılmasını tələb edir. Buna baxmayaraq təşkilata üzv olmaq üçün könüllülər gəlməkdə davam edir. Könüllülər Sülh Korpusunun fəaliyyətinin başqa humanitar təşkilatlardan fəqrləndiyini deyirlər. Onların sözlərinə görə yerli ailələrlə birgə yaşamaqla onlar bu təcrübədən müştərək şəkildə faydalanırlar

XS
SM
MD
LG