Accessibility links

Sülhəddin Əkbər: Amerikanın İraqdakı hərbi əməliyyatlarının əsas nəticəsi Səddam Hüseynin qanlı və totalitar rejimini məhv etməsidir


Sülhəddin Əkbər: Amerikanın İraqdakı hərbi əməliyyatlarının əsas nəticəsi Səddam Hüseynin qanlı və totalitar rejimini məhv etməsidir
Sülhəddin Əkbər: Amerikanın İraqdakı hərbi əməliyyatlarının əsas nəticəsi Səddam Hüseynin qanlı və totalitar rejimini məhv etməsidir

Cənab Əkbər amerikalıların köməyi olmadan İraqın təhlükəsizlik qüvvələrinin sabitliyi tez bir zamanda təmin edə biləcəyinə şübhə edir

Amerikanın İraqda həyata keçirdiyi hərbi əməliyyatların yekunlarını müxtəlif rakurslardan qiymətləndirmək olar, amma onun əsas nəticəsi Səddam Hüseynin qanlı totalitar rejimindən azad olmaqdır. Bu barədə Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Amerika qoşunlarının İraqdan çıxarılmasının başa çatması ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun fikrincə, iraqlıların tam azadlıq əldə etməsi uzun prosesdir. “Buna etnik və dini fərqlər, ölkənin müxtəlif regionlarının tarixi və iqtisadi inkişafı arasındakı əksliklər mane olur”.
Politoloq hesab edir ki, amerikalıların ölkəni tərk etməsi İraqın daxilində və ətrafında vəziyyətə təsir edəcək. “Ölkə daxilində sünni və şiələr arasında dini qarşıdurmaların, ərəblər və kürdlər arasında etnik ziddiyyətlərin artacağı riski mövcuddur. Eyni zamanda, Türkiyə, İran, Suriya və bir sıra ərəb dövlətləri də İraqda gedən proseslərə təsir etməyə çalışacaq. Belə ki, İranın şiələrə, Ankaranın sünnilərə və İraq türkmənlərinə təsiri var, suriyalılar və digər ölkələr isə bütün İraq ərəblərinə təsir etməyə çalışır”.
Cənab Əkbər amerikalıların köməyi olmadan İraqın təhlükəsizlik qüvvələrinin sabitliyi tez bir zamanda təmin edə biləcəyinə şübhə edir. “İraqın ilk növbədə siyasi sabitliyə ehtiyacı var və çətin ki, repressiyalar yolu ilə buna nail olmaq mümkün olsun. Hələlik isə vəziyyət nikbinlik yaratmır. Belə ki, parlament seçkiləri may ayında keçirilsə də, indiyədək hökumət formalaşmayıb”.
Politoloq Türkiyənin son vaxtlar regionda sabitliyin yaradılması prosesində rolunu, onun İran və Suriya ilə yaxınlaşmasını müsbət hal kimi qiymətləndirir. “ABŞ-ın da bu prosesi dəstəkləməsi İraqda vəziyyəti sabitləşdirməyə kömək edə bilər”.
Azərbaycanın İraqla bağlı siyasətinə gəlincə, cənab Əkbər hesab edir ki, Bakı öz fəaliyyətini Ankara ilə razılaşdırmalıdır.

XS
SM
MD
LG