Accessibility links

Tehranda sulu qəlyan əleyhinə əməliyyat


Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi Əlirza Mehrabi

Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi Əlirza Mehrabi

Qadın müştərilərə sulu qəlyan xidməti göstərən 87 restoran və çayxana qapadılıb


İyulun 14-də Tehranda qadın müştərilərinə sulu qəlyan xidməti göstərən 87 restoran və çayxana qapadılıb.
“Media forum” saytının məlumatına görə, Tehranın əxlaq təhlükəsizliyi polisinin rəisi Əlirza Mehrabi paytaxtda fəaliyyət göstərən 100-dən artıq restoran və çayxanada reyd keçirdiklərini bildirib: “Əməkdaşlarımız paytaxtın Fərəhzad məntəqəsindəki 100-dən artıq restoran və çayxanada reyd keçirərək islam qaydalarına riayət etməyən, qadınlara sulu qəlyan xidməti göstərən 87 restoran və çayxananı bağlayıb.
Həmçinin həmin restoran və çayxanalarda sulu qəlyan çəkərək hicab qaydalarına da kifayət qədər riayət etməyən xanımlar tutularaq polis bölmələrinə aparılıb”.
XS
SM
MD
LG