Accessibility links

Sumqayıt hadisələrinin istintaqı yenidən aparılır [Video]


Sumqayıt hadisələrinin istintaqı yenidən aparılır
please wait

No media source currently available

0:00 0:04:01 0:00

Sumqayıt hadisələrinin istintaqı yenidən aparılır

“Azərbaycana qarşı Sumqayıt təxribatı “Qriqoryanın işi” kitabının təqdimatı olub. Sumqayıt hadisələri 26 il əvvəl baş verib

1988-ci il fevralın 26-da baş vermiş Sumqayıt hadisələri ilə bağlı istintaq düzgün aparılmayıb. İğtişaşın əsl təşkilatçıları və iştirakçıları qəsdən istintaqdan kənarda saxlanıb, məsuliyyətə cəlb edilməyib. Bu səbəbdən hadisələrlə bağlı cinayət işi yenidən bərpa edilib.

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Sumqayıt hadisələrinin 26-ci ildönümünə həsr edilən "Sumqayıt hadisələri: tarixi yaddaş və tarixi məsuliyyət” mövzusunda keçirilən dəyirmi masanın əsas müzakirə istiqamətləri bunlar olub.

Baş Prokurorun birinci müavini Rüstəm Usubovun, deputatların, ekspertlərin, hüquqşünasların iştirak etdiyi forum prezident İlham Əliyevin təşəbbüsü, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin redaktorluğu, Azərbaycan Dövlət Televiziyasının sədr müavini İbrahim Məmmədovun müəllifliyi ilə nəşr olunmuş “Azərbaycana qarşı Sumqayıt təxribatı “Qriqoryanın işi” kitabının təqdimatına həsr olunub.

1988-ci il fevralın 26-da Sumqayıt şəhərində baş vermiş iğtişaşlar zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Sumqayıt hadisələrindən bir neçə gün öncə fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yerli sovetinin bir qrup erməni deputatı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdi. Bu zaman yerli azərbaycanlılarla qarşıdurma zamanı 2 azərbaycanlı öldürülüb, 19 azərbaycanlı yaralanmışdı. Ermənistandan isə minlərlə azərbaycanlı qovulmuşdu.

Keçmiş SSRİ Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı cinayət işi başlayıb. 230 müstəntiq, təhqiqatçı və əməliyyatçının cəlb edildiyi istintaq qrupu 37 cildlik istintaq materialları toplayıb.

“Bununla belə iğtişaşın əsl təşkilatçıları və iştirakçıları həbs edilməyib. İstintaq düzgün aparılmayıb və hadisələrə səbəb olan amillər araşdırılmayıb. Sumqayıtda iğtişaşı keçmiş SSRİ rəhbərlərinin məkrli niyyətinin nəticəsi olaraq erməni millətçiləri və xüsusi xidmət orqanları qabaqcadan planlaşdıraraq törədib”,-deyə baş prokurorun birinci müavini Rüstəm Usubov qeyd edib.

Onun sözlərinə görə baş prokuror Zakir Qaralov Sumqayıt hadisələrinin istintaqının yenidən aparılması üçün Rüstəm Usubovun rəhbərliyi ilə istintaq qrupunun yaradılması barədə qərar imzalayıb.

“Sumqayıt hadisələrindən öncə şəhərə iğtişaşı hazırlayan adamlar gəlib. Onlar hansı evlərdə kimlərin necə öldürüləcəyini planlaşdırıb. Şəhərdə evlərin damlarından çəkiliş aparmaq üçün dəmirdən kameraların altlıqlarını quraşdırıblar. Öldürülənlərin əksəriyyəti “Krunk” erməni millətçi təşkilatına pul verməyənlərin olduğu müəyyənləşib. Eyni binada çoxsaylı erməni ailələrinin yaşamasına baxmayaraq seçmə üsulu ilə eyni evlərin müxtəlif mərtəbələrində adamlar öldürülüb”, Usubov bildirib.

Baş prokurorun birinci müavininin dediyindən belə qənaətə gəlmək olar ki, “Krunk” millətçi təşkilatı Sumqayıtda geniş fəaliyyətdə olub.

“Krunk”a hətta toylarda oxuyan müğənnilər, qumarbazlar belə pul verirmiş. Pul verməyənlər isə onlar tərəfindən öldürülüb. Sumqayıtda hadisələr zamanı 18 000 erməni yaşayıb. Ermənilərin özləri də təsdiq edir ki, azərbaycanlılar və yerli hüquq-mühafizə orqanları onları qoruyub. Bunlar bir daha sübut edir ki, şəhərdə baş verənlər yerli əhali tərəfindən törədilməyib. Əksinə əhali ermənilərə qarşı hücumların qarşısını alıb”, Usubov bildirib.

O, həmçinin Milli Təhlükəsizlik Nazirliyindəki məxfi sənədlərin tədqiq edildiyini deyib.

“Məxfi sənədlərdən bəlli olub ki, hadisələr zamanı Sumqayıtda 47 nəfər separatçı erməni olub və onların biri belə istintaqa cəlb edilməyib. Hadisələrdən öncə “Krunk”un üzvü olan 1500 erməni banklardakı pullarını götürüb”, Usubov qeyd edib.

Kitabın müəllifi İbrahim Məmmədov istintaq materiallarını tədqiq etdiyini, istintaq qrupuna rəhbərlik etmiş şəxslə, istintaq qrupunda işləmiş çoxsaylı müstəntiqlərlə, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin mühüm vəzifəli şəxsləri ilə görüşdüyünü bildirib. “Bunların hamısı kitabda nəşr olunub”.

Məmmədov hesab edir ki, erməni millətçiləri Moskvada o zaman liberallarla mühafizəkarların mübarizəsindən istifadə edərək Sumqayıtda iğtişaşlara nail olub.

“Bu hadisələrdən sonra ermənilər və onların havadarları Dağlıq Qarabağda separatizmi genişləndirmək, regionu hərbi yolla Azərbaycandan qoparmaq üçün istifadə edib. Sumqayıt hadisələri Qarabağ müharibəsini başlamaq istəyən ermənilər üçün ideoloji rupor rolunu oynayıb”, müəllif bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG