Accessibility links

Partlayış zavodlardan birində baş verib

Sumqayıtda (Bakıdan 36 kilometr şimal) güclü partlayış olub. APA agentliyi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən bildirir ki, partlayış Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.

Sumqayıt şəhər Polis İdarəsindən isə APA-ya bildirblər ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin Syumqayıt Yanğından Mühafizə Dəstəsinin növbətçi hissəsindəın Amerikanın Səsi radiosuna bildiriblər ki, partlayış Sumqayıt Yuyucu Məhsuullar zavodunda olub. "Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda bütün yanğınsöndürən avtomobillər hadisə yerindədir. Yanğın davam edir".

Öz növbəsində, Sumqayıt Polis İdarəsinin növbətçi hissəsi ölənlərlə bağlı məlumatı təsdiq etmir.
XS
SM
MD
LG