Accessibility links

Sunami faciəsinə təsəlli – Dünya çempionluğu


Sunami faciəsinə təsəlli – Dünya çempionluğu

Sunami faciəsinə təsəlli – Dünya çempionluğu

Yaponları Dünya Çempionatında qələbəsi ölkədə aylardır davam edən faciəyə, mart zəlzələsi, sunami və nüvə reaktoru əriməsinin yaratdığı stresə bir təsəlli olub.

Saki Mumaqay ABŞ-a qarşı son penalti zərbəsini – qələbə zərbəsini yerinə yetirəndə Tokioda bütün kafe və barlar sevincə qərq olub.

Frankfurtda keçirilən matçı canlı izləyərək qələbə sevincini yaşayan azarkeşlər küçələrə axışaraq ABŞ üzərində qələbəni qeyd edib. Bu, Asiya komandasının tarixində ilk Dünya Çempionluğudur. Qəzetlər bu hadisəni işıqlandırmaq üçün gecə saatlarında xüsusi buraxılışla dərc olunub. Telekanallar isə qələbə qolunu dəfələrlə təkrar göstərib.

Qeyd edək ki, dünən futbol üzrə qadınlar arasında keçirilən Dünya Çempionatında Yapon xanımlar qalib olub. ABŞ-la keçirilən final oyununda 90 dəqiqə 1-1, 120 dəqiqə isə 2-2 hesabı ilə başa çatıb. Penalti zərbələrində yaponlar üstün olub: 3-1.

XS
SM
MD
LG