Accessibility links

Süni insan dərisi [Video]


Süni insan dərisi
please wait
Embed

No media source currently available

0:00 0:02:32 0:00

Süni robot əllər getdikcə insan əllərinə daha çox bənzəyir və hətta daha təkmil variantlarına düşüncələr vasitəsilə nəzarət etmək olur.

Ancaq bionik əl taxan insanlar toxunacaqları və götürəcəkləri əşyalara diqqət etməlidirlər.

ABŞ və Cənubi Koreyalı araşdırmaçılar deyir ki, onların inkişaf etdikləri dartıla-bilən süni dəri təzyiq, rütubət və istiliyə həssasdır.

Tərkibində polimer olan bu elastik material insan bədəninin zərər görmüş dərisini əvəzləmək üçün nəzərdə tutulmayıb. Süni dəri, protez üzv və ya insanabənzər robotların üzvlərində istifadə olunacaq.

Seul Universitetinin Kimya və Biologiya mühəndisliyi fakültəsinin professoru Kim Dae-Hyeong deyir ki, süni dərinin hissiyat sistemi insan dərisinin tamamilə eynisidir.

Kim Dae-Hyeonq: "Dəri təzyiqi, hərarəti, rütubəti hiss edə bilir. Bu, həmçinin insan dərisi kimi yumşaqdır və tərkibində istilik elementləri olduğu üçün özünü qızdıra bilir."

Kim deyir ki, süni dəri rezin, polimid və silikonun qarışığından düzəldilib və hər kvadrat millimetrə 400-ə yaxın hissiyat sensoru düşür.

Süni dərilə örtülmüş protez əl quru və yaş obyekti ayıra bilir, tuta bilmə gücünü ölçür.

Ancaq Kim deyir ki, süni dərinin edə bilməyəcəyi yeganə şey həmin siqnalları beyinə ötürməkdir. O, bunun alimlərin növbəti hədəfi olduğunu bildirir.

Kim Dae-Hyeonq: "Ümid edirəm ki, sintetik dəri ilə örtülmüş robot orqan əlil insanlar tərəfindən istifadə oluna bilər. Sənayedə isə onların insanabənzər robotlar kimi fərqli robotlarda istifadəsi mümkündür."

Alimlər deyir ki, bir gün bu süni dəri ilə robotlar klaviaturada çap edə və hətta uşaq bezini dəyişdirə biləcək.

XS
SM
MD
LG