Accessibility links

Süni intellekt hələ tam inkişaf etdirilməyib [Video]


Hər gün biz süni intellektlə bağlı daha çox yeni şeylər eşidirik. Süni intellekt, sadəcə bir sıra göstərişlər deyil, həm də insan beyninə bənzər idrak prosesləri icra edə bilən bir aparatdır. Ancaq tədqiqatçılar deyir ki, bu aparatların insanların müdaxiləsi olmadan fəaliyyət göstərə bilməsi üçün, onları öz təcrübələrindən dərs almağa qadir etmək lazımdır.

Sənaye robotları artıq bir neçə vaxtdır mövcuddur.

Mənim üçün süni intellekt robotun bir insanın ciddi bir şəkildə düşünməsini tələb edən bir işi görməsidir və bu əvvəlcədən proqramlaşdırılmı bir iş olmamalıdır.

Anbar robotları anbarlarda gəzib malları yerləşdirir.

Bu yaxınlarda isə aldığımız malları qapımıza gətirən robot dronlar da olacaq.

Lakin nə qədər də ağılıı görünmələrinə baxmayaraq, bütün bu robotlar sadəcə bir sıra göstərişləri yerinə yetirir. Onlar müstəqil qərarlar vermir.

Bəs onda süni intellekt nədir? Beynəlxalq Məlumatın Prosesdən Keçirilmə Federasiyasının prezidenti Mayk Hinçi bu sualı cavablandırır:

“Mənim üçün süni intellekt robotun bir insanın ciddi bir şəkildə düşünməsini tələb edən bir işi görməsidir və bu əvvəlcədən proqramlaşdırılmı bir iş olmamalıdır.”

Doğrudan da öz-özünə idarə olunan maşın hər gün istifadə olunan süni intellektin əny axın nümunəsidir. Yüksək dərəcədə inkişaf etdirilmiş maşınlar artıq özləri sükanı çevirib, qaza və əyləcə basa bilir, amma elə görünür ki, hələ də nə isə çatışmır.

“Burada çatışmayan məlumatı sensorlardan alan hesablama platforması ilə işləyən proqrama daxil edilən intellekdir. Bu intellekt məlumatı proses edib, maşının ətrafında baş verənləri anlayıb, vaxtında düzgün qərar qəbul edə bilər ki, bu da hərəkətetdiricilərə sükanı çevirib, əyləcə basmasıı üçün göstəriş verməklə oluna bilər. Bu isə o deməkdir ki, intellekt tərəfindən çox iş görülməlidir", deyə Karneqi Mellon Universitetindən Rac Rackumar bildirir.

Özü idarə olunan maşın

Özü idarə olunan maşın

Buna baxmayaraq, avtomobil istehsalçıları özü idarə oluna bilən avtomobilləri bizim həyatımız daxil etməyə davam edir.

“Fikrimcə uzun bir zaman bu maşınlar bizi belə desək “ağıllı dəstəkli sürücülüklə” təmin edir, yəni maşın bir çox şeyi bizim əvəzimizə edir. Amma məncə sürücüsüz maşınların olmasına hələ çox zaman var”, Mayk Hinçi deyir.

Tədqiqatçılar deyir ki, uzun zaman gözləməli olsaq da, öz-özünə idarə olunan maşınlar inkişaf etdirmək üzərinə yarışın digər faydaları da var ki, buna insanların qarşısı alına bilinən səhvlərə yol verməmələrini təmin edəcək kimi təkmilləşdirmələr daxildir.

Show comments

XS
SM
MD
LG