Accessibility links

İraqda zorakılıqlar vətəndaş müharibəsinə yol aça bilər


İraqda təriqətlərarası zorakılıqlar davam edir. Bazar günü avtomobillərə yerləşdirilmiş bomba hücumları və atışmalar təxminən 46 nəfərin ölümünə, 100-dən çoxunun yaralanmasına səbəb olub.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin İraqda azlıq təşkil edən sünnilərlə hakimiyyətdə olan şiələr arasında gərginlik aprel ayında polis sünni nümayişçilərin qarşısını aldıqdan sonra artıb.

Sünnilər şiə hökumətini onların siyası baxışlarına və tələblərinə məhəl qoymamaqda təqsirləndirir.

Son ABŞ qoşunu İraqdan çıxdıqdan 18 ay sonra yenidən vüsət almış zorakılıq 2006-2007-ci ildə təriqətçilər arasında baş vermiş qarşıdurmaların yenidən başlanması qorxusu yaradır.

BMT rəsmiləri deyib ki, ölkədə baş qaldıran zorakılıq minlərlə insanın ölümü ilə nəticələnib və İraqda vətəndaş müharibəsi təhlükəsi yaradır.
XS
SM
MD
LG