Accessibility links

Elm

Super mikroskop [Video]


Müasir mikroelektronik cihazlar dırnaq boyda cismin içərisinə yerləşdirilmiş milyardlarla komponentlərdən ibarətdir. Kimya sənayesi nanohissəciklərdən istifadə edərək təmizləmə məhsullarını daha keyfiyyətli, əczaçılıq şirkətləri isə insan hüceyrələrinə birbaşa təsir göstərən dərmanlar istehsal edir.

Luksemburqda yerləşən Elm və Texnologiya İnstitutunun alimləri SİMS adlanan xüsusi dizayn edilmiş spektrometri helium ion mikroskopu ilə birləşdirərək çox yüksək keyfiyyətə sahib optik cihaz meydana gətiriblər.

Deyvid Dovset: “biz nanohissəciklərin hara getdiyini izləyə bilərik. Dərmanın hüceyrədə mövcud olub-olmadığını və ya çatdırılma sisteminin effektiv olub-olmadığını sınaqdan keçirə bilərik.”

İlk dəfə praktik istifadə kosmetik məhsulların effektivliyinin yoxlanılmasında istifadə olunub.

Yeni mikroskop alimlərə insan saçındakı bakteryalara qarşı tərkibində gümüş nanohissəciklər olan şampunun təsirli olub-olmadığını yoxlamağa kömək edib.

Deyvid Dovset: “Biz həmçinin şampunun saça xaricdənmi və ya nə qədər dərinliyə gedərək təsir edib-etmədiyini təhlil edə bilərik.”

Araşdırmaçılar deyir ki, yeni mikroskop elektrikli avtomobillərə və elektronik cihazlara üçün daha effektivli batareyaların inkişaf etdirilməsində kömək ola bilər.

XS
SM
MD
LG