Accessibility links

Man of Steel - Supermen-in təkamülü [VİDEO]


Man of Steel - Yeni Supermen
please wait

No media source currently available

0:00 0:03:39 0:00
Supermen obrazında ikili xarakter görürük. O, Kal-El kimi Kripton planetində doğulub. Valideynləri onu Yer kürəsinə göndərən kimi doğulduğu planet məhv olub.

İsa peyğəmbərə işarə edən hekayə Polad Adam xarakterində canlandırılır. Kal-El Kanzas sakini Klark Kent kimi tanınır. İsa peyğəmbər kimi 33 yaşında ölümcül təhlükə və bəşər güvənsizliyi ilə qarşılaşır.

“After Time Comics”- kitab mağazasının meneceri Hovard Marşal Supermen xarakterinin xristian ənənələrini daha qabarıq şəkildə nümayiş etdirdiyini deyir. “Hazırkı dövrdə bizim belə obrazlara ehtiyacımız var və buradakı qəhrəman müasir mifologiyanın təcəssümüdür.”

Bu haqda müxtəlif fikirlər mövcuddur. Bəzi dini təhlilçilər və pop musiqisi mədəniyyəti ilə məşğul olanlar Supermenin yəhudi kökləri olduğunu deyir. Onlar onu Musa peyğəmbərə bənzədir və Kal-El-in ivrit dilindən tərcüməsinin “Allahın Səsi” olduğunu deyirlər.

Lakin Hovard Marşal bununla razı deyil. O, deyir ki, doğdudur, Supermen müəllifləri Cerri Sayqel və Co Şuster yəhudidir, lakin onlar yəhudiliyi qəhrəmana aşılamayıblar. “Mən onların bunu qəsdən etdiklərini düşünmürəm. Bizim hamımız istər bilərək, istərsə də bilməyərək böyüyüb başa çatdığımız mühitin təsirlərinə məruz qala bilərik. Mən onların “gəlin bu obraza yəhudilik qataq” demələrini düşünmürəm.”

Reyter Marşal qəhrəmanın Amerikada 1930-cu illərin Böyük Depressiya dövründə yaradıldığını və bu obrazın bu dövrdə yaşayanları xarakterizə etməli olduğunu deyir. Corc Riv 50-ci illərdə televiziya serialında oynadığı Supermen dillərə düşmüşdü.

Bu teleserial İkinci Dünya Müharibəsindən sonra doğulan nəsli formalaşdırıb.
Lakin 70-80-ci illərdə aktyor Kristofer Rivin ifa etdiyi Supermen dünya boyu sevildi.

Bu yaxınlarda ekranlara çıxan, xüsusi 3D effektli, Man of Steel- polad Adam filmidə isə Supermeni Henri Kavill oynayır. Kavil gənc Kristofer Rivi xatırlatsa da, onun özünəməxsus oyun tərzi var. Hazırda Man of Steel filmi ən gəlirli film olsa da, onun zamanın sınağından keçib-keçməyəcəyini vaxt göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG