Accessibility links

Sürgündə “Güney Azərbaycan” Qələm Əncüməni təsis olunub

  • Insafəli Hidayət

Sürgündə “Güney Azərbaycan” Qələm Əncüməni təsis olunub

Sürgündə “Güney Azərbaycan” Qələm Əncüməni təsis olunub

İran azərbaycanlı ziyalıların bir neçə ay əvvəl qərarə gəldikdən sonra göstərdikləri fəaliyyətlərin nəticəsində İsveçin Stokholm şəhərində keçirilən iclasda "Sürgendə Güney Azərbaycan" qələm əncümənin yaranması elan olunub.

Əncümənin məqsədlərinin siyahısına çoxu müxtəlif təzyiqlər, həbs olunma hədələri və həyatı təhlükə səbəbinə görə öz doğma yurdunu buraxıb çıxmaq məcburiyyətində qalan yüzlərlə İran azərbaycanlı yazıçı, şair, jurnalist və başqa qələm ustalarına əsərlərini öz ana dillərində çap etdirməyə kömək olan "Güney Azərbaycan" qələm əncüməni İran azərbaycanlılarının gələcəyini təsir göstərəcək Urmu Gölünün quruması kimi ətraf mühit məsələlərinə də biqanə qalmayacağını nümayiş etdirib.

İsveçin Stokholm şəhərində keçirilən təsis iclasından sonra qələm əncüməninin azərbaycanlı yazıçılara dəsdək olacağı bildirilib və Urmiyə gölünün xilas edilməsi uğrunda mübarizənin davam etdirilməsinə çağrılıb.

“Güney Azərbaycan” qələm əncüməni Urmu gölü və İranda məktəblərin açılması məsələsi münasibəti ilə bəyanat verib.

Bir qrup İran Azərbaycanlı yazar, şair və jurnalisti İranın qələm əncüməninin fars dilindən başqa dildə yazan yazıçılar və onların əsərlərinə əhəmiyyət vermədiyinə görə yeni bir qələm əncüməni təsis etmək qərarına gəlib.Kanadanın Toronto şəhərində nəşr olunan farsdilli həftəlik “Şəhrivənd” qəzeti də İran azərbaycanlılarının qələm əncüməni yaratdıqlarını yazıb.

İclasda tanınmış yazıçı, Kanadanın Pen Klubunun sabiq rəhbəri, Rza Bərahəni yekdilliklə Sürgündəki Cənubi Azərbaycan (İran) Qələm Əncüməninin daimi və fəxri sədri seçilib. Haşim Xosrovşahi, Əlirza Əsgərzadə, Siddiqə Ədaləti, Leyla Müctəhidi, Maşallah Rəzmi, Şiva Fərəhməndi Rad, Südabə Ərdəvan və İsmayıl Cəmil Pen Klubun idarə heyətinə üzv seçilib.

Əncümənin rəhbərləri Dünya Qələm Əncüməninin (Dünya Pen Klubu) qaydalarına əsasən hərəkət edib, azərbaycanlı yazıçı, şair, tədqiqatçı və jurnalistlərin hüquqlarının müdafiəsinə söz verib.

“Güney Azərbaycan” qələm əncüməninin bəyanatında deyilir ki, İran çoxmillətli, müxtəlif dilli və mədəniyyətli ölkədir. İran əhalisinin yarısını ana dilində təhsil almaqdan məhrum edilən qeyri-farslar təşkil edir. Bundan əlavə bəyanatda deyilir ki, İranda bir çox yazıçı, şair, tənqidçi, jurnalist, tədqiqatçı var ki, öz ana vətənlərində dil və mədəniyyət sürgünündə yaşayır, hüquqları uğrunda mübarizə aparanlar isə həbsxanalardadır.

Əncümənin ikinci bəyanatında Urmu gölünün quruması və gələcəkdə milyonlarla azərbaycanlının oradan köçmə təhlükəsi diqqətə çatdırılıb.

Bəyanatda Azərbaycanda keçən 80 il ərzində müstəmləkə siyasətinin yeridildiyi qeyd, son zamanlar keçirilən etiraz aksiyaları müdafiə edilib. İran azərbaycanlılarının Pen Klubunun bəyanatında Azərbaycan xalqına müraciət edilərək bildirilir: ”Sizin sui-istifadə və müstəmləkə siyasəti ilə mübarizəniz qiymətlidir və biz bu böyük mübarizənin bir parçasıyıq. Ətraf mühitə qarşı təcavüzlə mubarizə, dil və mədəniyyət sahəsindəki tələblərlə bağlı mübarizədən ayrı deyil”.

Bəyanatı yayanlar Urmu gölünün taleyinin Azərbaycanın taleyindən ayrılmadığını bildirib və Azərbaycan əhalisindən Urmu gölülünün xilası üçün apardığı mübarizədən əl çəkməməyi istəyib. Bəyanatın sonunda Urmu gölünün qurumasına etiraz olaraq keçirilən numayişlərdə nəzarət altına alınanların azadlığa buraxılmasına çağrılıb.

XS
SM
MD
LG