Accessibility links

BMT elçisi Kofi Annan Suriyada böhran aradan qaldırılmadığı təqdirdə təsəvvür edilməyəcək nəticələr haqda xəbərdarlıq edib.

Bu gün o, Suriyaya dair sülh planının baş tutması üçün səylərin bir hissəsi kimi İranın xarici işlər naziri, Əli Əkbər Salehi ilə Tehranda görüşdükdən sonra çıxış edib.

Cənab Annan İran hökumətinin onunla əməkdaşlıq etdiyini və Tehranla sülhün bərqərar olmasına doğru işləri davam etdirəcəyini deyib.

Cənab Annan bazar ertəsi Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb və zorakılığa son qoymaq üçün məsələyə yeni mövqedən yanaşmağa dair razılıq əldə edib.
XS
SM
MD
LG