Accessibility links

Suriyada növbəti qırğın: 200-dən çox adam öldürülüb


Suriya müxalifət fəallarının sözlərinə görə dünən hökumət qüvvələrinə məxsus tank və vertolyotlar Həma vilayətində, bir kənddə əksəriyyəti mülkü vətəndaşlar olmaqla 220 insanı qətlə yetirib.

Fəallar və şahidlər qoşunların Treimsa kəndinə daxil olmazdan əvvəl ərazini bombardman etdiklərini deyib. Üsyançıların lideri ölənlərin sayının 200-ü ötdüyünü bildirib.

Suriya dövlət mətbuatı qoşunların ərazidə silahlı qrupa müqavimət göstərdiyini və əvvəlki qırğınlar kimi bu soyqırımda da terrorçu adlandırdığı şəxsləri təqsirləndirib.

Beynəlxalq elçi Kofi Annan bu günkü bəyanatda əldə edilən məlumatlardan şok keçirdiyini və zorakılıqları pislədiyini bildirib. Soyqırım BMT Təhlükəsizlik Şurası mülki vətəndaşlarına qarşı ağır artileriyalardan hücum etdiyi təqdirdə Suriya hökumətinə yeni və sərt sanksiyalar tətbiq edəcəyini müzakirə etməsinin ardınca baş verib.

Rusiya hökuməti Qərbin dəstəklədiyi qətnaməyə veto qoymaqla hədələyib. Moskva BMT-nin Suriyadakı müşahidə missiyasını əlavə üç ay uzatmaq istəyir. Rusiya mətbuatı cənab Annanın Suriyaya dair danışıqlar üçün bazar ertəsi Moskvaya səfər edəcəyi xəbərini yayıb.
XS
SM
MD
LG