Accessibility links

Suriyada döyüşənlərin sayı açıqlanıb


Azad Suriya Ordusunun döyüşçüləri
Azad Suriya Ordusunun döyüşçüləri
Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassun Suriyada döyüşənlər haqda açıqlama yayıb.

Ə.Hassun Bəşər Əsəd rejiminə qarşı hər dövlətdən nə qədər vətəndaşın döyüşməsi haqda rəqəmlər göstərib.

Bu sırada azərbaycanlılar da yer alıb.

Amma baş müfti İran və Livandan B.Əsədə köməyə gələn döyüşçüləri bu siyahıya daxil etməyib.

O, rəqəmləri İngilis Araşdırma İnstitutunun (İAİ) məlumatlarına əsaslanaraq verdiyini bəyan edib.

Beləliklə, Suriyada Səudiyyə Ərəbistanının 8000, İraqın 6000, Liviyanın 4500, Tunisin 4000, Türkiyənin 3800, Misirin 3500, Livanın 3200, Yəmənin 2800, Çeçenistanın 1700, Pakistanın 1500 vətəndaşı döyüşür.

Suriyada həmçinin Kuveytin 900, İordaniyanın 800, Türkmənistanın 360, Somalinin 350, ABŞ-ın 290, Rusiyanın 250, Əlcəzairin 200, Eriteriyanın 200, Tacikistanın 190, Fransanın 150, Bosniyanın 150, Malayziyanın 140, Kosovonun 140, Almaniyanın 110, Kanadanın 110, Azərbaycanın 100, Albaniyanın 100, İndoneziyanın 100, Böyük Britaniyanın 80, Danimarkanın 80 vətəndaşı döyüşür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG