Accessibility links

Suriyada fəallar kütləvi tətillərə çağırır


Suriyada fəallar kütləvi tətillərə çağırır
Suriyada fəallar kütləvi tətillərə çağırır

Suriyada fəallar hökumətin müxalifətə qarşı zorakılıqlarına etiraz olaraq ölkə boyu kütləvi tətillərə çağırıb.

Obama administrasiyası və Avropa Birliyi Suriya hökumətinin vətəndaşlara qarşı zorakılığını dayandırması üçün qarşıdakı günlərdə daha ciddi addımlar atacağını bildirib.

ABŞ dövlət katibi Hillari Klinton və Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Katerin Aşton məsələni Vaşinqtonda müzakirə edib.

Xanım Klinton deyib ki, president Əsəd islahatlar haqqında danışsa da, əməlində qəddar zorakılıqlar nümayiş etdirir. Aşton deyib ki, o, Suriyada nümayişçilərə qarşı həyata keçirilən zorakılıqlardan çox narahatdır.

XS
SM
MD
LG