Accessibility links

Suriyada atəşkəs əldə edilməsi səyləri intensivləşib.

Londonda Britaniyanın xarici işlər naziri Boris Conson Suriyanın müxalif qrupu Ali Müzakirəçi Komitəsi ilə görüş keçirməyə çağıraraq, siyasi keçid üçün imkanların mümkünlüyünü vurğulayıb.

AMK-nin 25 səfihəlik planında Suriya prezidenti Əsədlə müxalif qruplar arasında 6 aylıq müzakirələr keçirilməsi irəli sürülür. Sənəddə Suriyanın 18 ay müddətinə müxalif təmsilçilər, hazırkı hökumət nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərindən ibarət keçid hökuməti tərəfindən idarəsi təklif edilir.

Lakin bu təklifin həyata tətbiqi baş tutmaya bilər Belə ki, münaqişənin xarici oyunçuları Rusiya və ABŞ müxalif tərəflərin dəstəyindən əl çəkməyəcəni bildirib. Moskva Əsədi, Amerika isə onun hakimiyyətdən getməsini dəstəkləyir.

ABŞ diplomatları Amerikanın Səsinə rus həmkarlarının mövqeyindən narahatlıqlarını bildirib. Onlar son günlər Rusiyanın bəzi əsas məsələləri yanlıq istiqamətə yönəltdiyindən şikayətlənib.

ABŞ-ın müdafiə naziri Eş Karter bu gün Britaniyadakı çıxış zamanı deyib ki, Rusiyanın seçimi və onun nəticələri Rusiyanın məsuliyyətidir.

Karter rəsmi Moskvanı Suriya, Ukrayna və kibernetika aləmində qeyri-peşəkar davranışda ittiham edib.

Müzakirələr davam edir

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarixi işlər naziri Sergey Lavrov gələn bir neçə gün ərzində bir araya gəlib, razılığın yekunlaşdırılması yollarını müzakirə edəcək.

Ötən həftə Çində də Böyük 20-liyin sammiti çərçivəsində dünya liderləri Suriyaya əlavə humanitar yardım çatdırılması yollarını müzakirə edib.

​Ölkələr razılıq əldə edilməsinə yaxınlaşsalar da, bir sıra maneələr hələ də qalır.

Suriyanın vətəndaş müharibəsi nəticəsində 250 mindən artıq insan həlak olub. 11 million suriyalı Yaxın Şərq və Avropa ölkələrində sığınacaq əldə edib.

Müharibə İslam Dövləti kimi qruplaşmanın fəaliyyətinə vüsət verib.

XS
SM
MD
LG