Accessibility links

Suriya Tremsedə ağır hərbi texnikadan istifadə edildiyini inkar edir


Suriya hökuməti keçən həftə Tremse kəndində üsyançılarla toqquşma zamanı hökumət qüvvələrinin ağır hərbi texnika və hərbi təyyarələrdən istifadə etdiyini inkar edib.

Xarici İşlər nazirliyinin sözçüsü Tremsedə baş vermiş zorakılığın qətliam deyil, sihlalı düöyşçüləri hədəf alan əməliyyat olduğunu bildirib. O deyib ki, silahlı toqquşma zamanı istifadə edilmiş ən güclü silah növü reaktiv qumbaralar olub. Xarici İşlər naziriyini sözçüsü cümə axşamı iki mülki vətəndaş da daxil olmaqla 39 nəfərin öldüyünü deyib. Fəallar ölənlərin sayının təxminən 150 olduğunu bildirir.

BMT-nin sözçüsü Sausan Goşeh bildirib ki, hücumlar zamanı belə görünür fəalların və ordunu tərk etmiş hərbiçilərin evləri hədəf alınıb. Onun sözlərinə görə, hücumlar zamanı ağır hərbi texnikadan istifadə edilib. Bununla Suriya Təhlükəsizlik Şurasının qətnamələri pozmuş olur.
XS
SM
MD
LG