Accessibility links

Suriya üsyançı qrupları atəşkəsi pozanlara cavab verəcəklərinə söz verib


Suriya üsyançı qrupları bildirib ki, fevral ayından qüvvəyə minən atəşkəsi hökumət qüvvələrinin pozmasına cavab olaraq döyüşlərə başlayacaqlar.

Hər iki tərəf bir-birİni son iki ayda atəşkəsin pozulmasına görə ittiham edir. Azad Suriya Ordusu da daxil olmaqla, üsyançı qruplar birgə mübarizə aparmaq haqda bəyanat açıqlayıb.

Ölkədə zorakılıq son bir neçə həftədə artıb. Hələb vilayətində hökumət qüvvələri, İslam Dövləti qrupunun yaraqlıları və üsyançı qruplar arasında döyüşlər gedir.

BMT keçən həftə Cenevrədə Suriya hökuməti və müxalifət qüvvələri arasında bilavasitə sülh danışıqlarının yeni raunduna başlayıb.

Sülh danışıqlarına BMT-nin elçisi Staffan De Mistura başçılıq edir. O bildirib ki, Suriyada siyasi keçiddə razılıq əldə olunması üçün yeni Konstitusiyanın hazırlanması və seçkilərin keçirilməsi lazımdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG