Accessibility links

İŞİD-ə qarşı mübarizəyə dəstək məqsədilə Suriyada ABŞ dəniz piyadaları yerləşdirilib


Rəqqa şəhərinin İslam Dövləti militantlarından geri alınmasına yardım etmək üçün ABŞ Dəniz piyadaları Suriyada yerləşdirilib.

İlk olaraq bu məlumat barədə yazan Vaşinqton Post (The Washington Post) qəzeti bildirir ki, artilleriya batareyasının yerləşdirilməsi ilə ABŞ-ın Suriyadakı mövcud qüvvələri əhəmiyyətli dərəcədə artıb. Bununla bağlı rəsmi bəyan olmasa da, bəzi ordu rəsmiləri hərbçilərin Suriyada yerləşdirildiyi xəbərini təsdiq edib. Ərazidə artıq ABŞ ordusunun artilleriya dəstəsi də yerləşdirilib.

Dəniz piyadaları həmçinin İŞİD-in paytaxt elan etdiyi Rəqqadan 138 kilometr uzaqlıqda yerləşən Manbic şəhərinə də göndərilib. Rəqqada 4 minə yaxın İŞİD döyüşçüsünün olduğu təxmin edilir.

ABŞ Dövlət Departamenti Manbicdə məqsədin yerli tərəflərin bir-birlərinə hücum etmələrinin qarşısını almaq olduğunu deyib.

İndiyədək Birləşmiş Ştatlar bilərəkdən Suriyadakı quru qoşun sayısını ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri və İŞİD-ə qarşı mübarizə aparan ərəb və kürd qüvvələrindən ibarət alyansı dəstəkləyən 500 Xüsusi Əməliyyat qüvvələri ilə məhdudlaşdırılıb.

Bu arada suriyalı fəal qrup Suriyanın şimalında İŞİD tərəfindən nəzarət olunan bir kəndə hava hücumları nəticəsində səkkiz uşaq daxil olmaqla, azı 14 nəfərin öldüyünü bildirir.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Qrupu bildirir ki, ABŞ-ın başçılıq etdiyi koalisiya təyyarələrinin Rəqqanın qərbində yerləşən əl-Mətab kəndini hədəf aldıqları güman edilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG