Accessibility links

Suriyada hökumət qüvvələrinin hava hücumları nəticəsində 20 adam həlak olub


Suriya fəalları hökumət qüvvələrinin hava hücumları nəticəsində 20 adamın həlak olduğunu bildirir. Hələb şəhəri yaxınlığında həyata keçirilən hücum hökumətin bu bölgəyə qarşı əməliyyatının bir hissəsidir.

Fəalların bildirdiyinə görə, iki həftə əvvəl başlayan hücumlar 400-dən artıq insanın həyatına son qoyub.

Suriyanın ən böyük şəhəri olan Hələb 2012-ci ildə başlayan vətəndaş müharibəsinin əsas cəbhəsidir.

BMT-nin təxminlərinə görə, Suriyada 3 ildir davam edən münaqişədə 100 mindən çox insan həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG