Accessibility links

BMT Suriyanın Hələb şəhərində iki milyondan çox insanın su və işıqsız qaldığı barədə xəbərdarlıq edib. Təşkilat dağılmış infrastrukturu bərpa etmək və humanitar yardım çatdırılması üçün müharibəni dayandırmağa çağırıb.

Bu həftə baş vermis hücum Hələbin elektrik və su infrastrukturunu sıradan çıxarıb. Ötən həftələrdə isə ölkənin həm şərq, həm də qərbinə aparan əsas humanitar yardım yolu kəsilib.

BMT-nin agentlikləri dəfələrlə həftədə 48 saat müddətində Hələb sakinlərinə humanitar yardımın çatdırılması və onların evakuasiya edilməsi üçün döyüşlərin müvəqqəti dayandırılmasına çağırıb. Lakin atəşkəs həyata keçirilməyib.

Bu arada, Suriya hökumətinin Hələbin cənubunda əks-hücum həyata keçirmək üçün bir neçə min hərbi qüvvə səfərbər etdiyi barədə məlumat verilir. Suriya hökuməti ötən günlərdə üsyançıların ələ keçirdiyi əraziləri geri almağa çalışır.

Hələbin cənubunda Xan Assel, Xan Toman, Atareb və Sarmada şəhərlərində ağır döyüşlər baş verib. Bu ərazidə hökumət və Rusiya qüvvələrinin şəhərə aparan təchizat dəhlizini qoruyan üsyançı qüvvələrə havadan hücumlar həyata keçirdiyi barədə məlumat verilib.

XS
SM
MD
LG