Accessibility links

Martin Dempsi Suriyada Amerika qüvvələrindən istifadə variantlarını açıqlayıb


ABŞ-ın Birgə Qərargahlar rəisi Martin Dempsi Suriyada Amerika qüvvələrindən istifadə variantları barədə açıqlama verib.

General deyib ki, Konqresə göndərilən plan müxalif qüvvələrin təlimlərindən tutmuş kimyəvi silah anbarlarının məhvinə qədər 5 variantı nəzərdə tutur.

Martin Dempsi planın müxalifətə yardım etməsi iə yanaşı prezident Bəşar Əl-Əsəd hökumətinə təzyiqləri artıracağını bildirib.

O deyib ki, gözlənilməyən nəticələr ektremistlərin güclənməsi və kimyəvi silahlardan istifadə edilməsi ola bilər.

General Suriya üzərində uçuşlara yasaq zona yaradılacağı deyib, lakin bunun
milyardlarla dollar və çoxsaylı təyyarələr tələb edə biləcəyini vurğulayıb. O,

Türkiyə və İordaniyada buffer zona yaradılmasının humanitar yardımların çatdırılmasını və müxalifətə təlim verilməsini asanlaşdıracağını bildirib.

Digər bir variant Suriya ordusunun zəiflədilməsi məqsədi ilə havadan zərbələri nəzərdə tutur. Dempsi bildirib ki, bu plan milyardlarla dollarlıq təyyarə və gəmi tələb edir.

O, hərbi əməliyyata keçildiyi təqdirdə Amerikanın münaqişəyə daha yaxından müdaxilə etməsinin vacibliyini vurğulayıb.

Amerika Suriyaya hərbi müdaxiləni nəzərdə tutmurdu. İndiyədək ABŞ Suriyaya məhdud şəkildə humanitar və qeyri-hərbi yardım göstərib, müxalifətin silahla təmin edilməsi planlarını açıqlayıb.
XS
SM
MD
LG