Accessibility links

Ağ Ev Suriyada girov götürülmüş amerikalı qadının öldüyünü təsdiq edib [Yenilənib]


Kayla Müller

Kayla Müller

ABŞ prezidenti Barak Obama Suriyada İslam Dövləti yaraqlıları tərəfindən girov saxlanılarkən ölən amerikalı humanitar yardım işçisi Kayla Müllerin xatirəsini anıb.

"Onu bizdən aldılar, ancaq onun irsi qalır və bu mübarizədə digərlərinə ilham verir" - deyə prezident Obama yazılı bəyanatında bildirir. O, söz verib ki, ABŞ onun girov götürülməsində və ölümündə günahkar olan terrorçuları tapacaq və ədalət qarşısında cavab verməyə məcbur edəcək.

ABŞ rəsmiləri İslam Dövləti qrupunun koalisiyanın hava hücumları zamanı amerikalı yardım işçisinin öldüyünü bildirdikdən dörd gün sonra Suriyada girov götürülmüş amerikalı qadının öldüyünü təsdiq edib.

Suriyanın Raqqa şəhərində saxlandığı ehtimal edilən 26 yaşlı Kayla Müllerin İordaniyanın keçirdiyi hava hücumları zamanı öldüyü haqda xəbərlər internetdə keçən həftə yayılmışdı. İordaniya və ABŞ rəsmiləri bu iddia ilə bağlı suallar qaldırmışdı. Qadının hansı şəraitdə öldüyünün təfərrüatları məlum deyil.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Mihan deyib ki, Kayla Müllerin ailəsi son günlər onun ölümülə bağlı xəbərlərin yayıldığı zaman girovdarlardan özəl mesaj alıb.

Ağ Evin mətbuat katibi Coş Ernest müxbirlərə deyib ki, ABŞ kəşfiyyat rəsmiləri informasiyanın əldə edilməsindən sonra onun ölümünün səbəbləri ilə bağlı xüsusi məlumata malik deyillər.

Kayla Müllerin ölümünə münasibət bildirən ABŞ Dövlət katibi Con Kerri deyib ki, onun ölümünün əsas səbəbkarı İslam Dövləti qrupudur.

XS
SM
MD
LG