Accessibility links

Amnesty International Suriya ilə bağlı yeni hesabat açıqlayıb


Amnesty International təşkilatının bu gün açıqladığı yeni hesabatında deyilir ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin törədildiyi Hələb şəhərində Suriya hökuməti ilə müxalifət qüvvələrinin döyüşləri davam edir.

Hələbdə yaşayan və işləyən yüzə qədər insanla müsahibə aparan təşkilat belə bir nəticəyə gəlib ki, ordunun yanvar ayından bəri çəllək bombaları və partlayıcı qurğulardan istifadə edərək həyata keçirdiyi hücumlar zamanı mağazalar, məscidlər, xəstəxanalar və məktəblər dağılıb.

Hesabatda eləcə də, üsyançıların qumbara hücumları həyata keçirdiyi, hər iki tərəfin adam qaçırma və məhbuslarla pis rəftar halları, lakin insan haqlarının pozulmasında hökumət qüvvələrinin daha çox məsuliyyət daşıdığı qeyd edillir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG