Accessibility links

BMT-nin Humanitar Yardım şəbəsinin rəhbəri Suriyadadır


BMT-nin Humanitar Yardım şəbəsinin rəhbəri Valeri Amos Suriyadadır. Ölkədəki vəziyyəti fəlakət adlandıran xanım Amos Suriyada BMT-nin yardım işçiləri və Suriya rəsmiləri ilə görüşlər keçirməlidir.

Ötən həftə İsveçrədə danışan Amos deyib ki, dünya ictimaiyyətinin böhranın həllinə dair tövsiyələrini qəbul etməyən Suriyaya vəziyyət baha başa gəlir.

BMT Suriya müharibəsinin 2 milyon insanı didərgin saldığını, 650 milyon insanın qonşu ölkələrdə sığınacaq tapdığını, 60 min insanın həlak olduğunu bildirir.
Gələn çərşənbə günü təşkilat Küveytdə donor ölkələrin konfransını təşkil etməlidir. Məqsəd humanitar böhranın həlli üçün vəsait toplanmasıdır.

Dəməşqdə isə hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında qarşıdurma davam edir. Döyüşlər Qədəm rayonunda magitral yolun bağlanmasına səbəb olub.

Suriya hökuməti prezident Əsədin dialoq təklifinə cavab verəcək müxalifət liderlərinin əvf ediləcəyini bəyan edib. Suriyanın xaricdəki müxalifəti isə sülh danışıqlarından əvvəl Əsədin hakimiyyətdən getməsini tələb edir.
XS
SM
MD
LG