Accessibility links

Türkiyədə Suriya böhranı müzakirə edilib


ABŞ generalı Cozef Danford və Rusiyanın Silahlı Qüvvələrinin generalı Valeri Gerasimov türkiyəli həmkarları Hulusi Akarın ev sahibliyi etdiyi görüşə qatılıb.

Türkiyənin Antalya şəhərində təşkil edilən müzakirələr Suriyada əməliyyat aparan qüvvələr arasında potensial qarşıdurmalara yol verilməməsinə həsr edilib.

"İlk məsələ aralarında cəmi 10 km-lik məsafə olan Rusiya və ABŞ qüvvələri arasında gərginliklərin azaldılmasıdır" - deyə türk diplomat Aydın Selcen bildirib. O, ikinci məsələnin kürdlərin YPG qrupu ilə Türkiyənin silahlı qüvvələri arasındakı münaqişənin aradan qaldırılması olduğunu deyib.

İlk məsələ aralarında cəmi 10 km-lik məsafə olan Rusiya və ABŞ qüvvələri arasında gərginliklərin azaldılmasıdır

Ankara Suriya kürdlərinin YPG qrupunu PKK ilə əlaqədə günahlandırır. Vaşinqton və Moskva bu qrupu İslam Dövlətinin paytaxt elan etdiyi Rəqqadakı məblubiyyətində əsas qüvvə hesab edir.

Kürd hərbi birləşmələrin alyansı olan Suriya Azadlıq Ordusunun 2015-ci ildən davamlı müvəffəqiyyəti İŞİD-in ötən ilin ortalarından bəri əsas bölgələri itirməsinə səbəb olub.

YPG-nin ötən il cihadçılardan təmizlədiyi Manbij şəhəri ilə bağlı da ciddi fikir ayrılıqları mövcuddur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Manbij şəhərini küdrlərin YPG qrupundan azad ediləcəyini və şəhərin nəzarətinin yerli ərəblərə veriləcəyini bəyan edib.

Ərdoğan Vaşinqtonu Manbijin İslam Dövlətindən sonra kürdlərdən təmizlənməsi vədinə əməl etməməkdə günahlandırır. YPG ilə Türkiyə qüvvələri arasında dəfələrlə ciddi toqquşmalar olub.

Gərginliklərin azaldılması məqsədi ilə iki rəqib qrup arasına ABŞ qüvvələri yerləşdirilib.

Pentaqon sözçüsü Ceff Devis fərqlərin aydın şəkildə nəzərə çarpdığını deyərək, digərlərinin bu şəhəri azad etmək səylərinə ehtiyac olmadığını bildirib.

Cümə axşamı günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı da Suriya gündəlikdə yer əlan əsas məsələ olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG