Accessibility links

Suriya prezidenti Bəşar Əl-Əsəd ölkədəki vəziyyətə xaricdən hərbi müdaxiləyə yol verilməyəcəyi barədə xəbərdarlıqla çıxış edib.

Rusiyanın Today TV tele-kanalına müsahibə verən dövlət başçısı Britaniyanın baş naziri Deyvid Kameronun onun xaricə köçməsi təkliflərinə baxmayaraq, ölkəsini tərk etməyəcəyi bildirib. O, heç kim üçün marianet olmadığını, Suriyada doğulub, Suriyada böyüyüb, suriyalı olduğunu və heç kimin onun harada yaşamasına qərar verə bilməyəcəyini deyib.

Əsəd Suriyanın regionda yeganə dünyəvi və sabit bir ölkə olduğunu bildirib. O, Qərbin müdaxiləsinin domino təsirinə malik ola biləcəyini deyib.
XS
SM
MD
LG