Accessibility links

Ərəb Liqası Suriya məsələsini müzakirə edir


Suriya prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı döyüşən fraksiyaları birləşdirən yeni koalisiyasının təşkilindən sonra Ərəb Liqası rəsmiləri ölkədəki vəziyyəti müzakirə etməyə hazırlaşır.

Ərəb Liqasının sədri Nabil Əl-Ərəbi bu gün Qahirədə xarici işlər nazirlərinin görüşündən öncə beynəlxalq nümayəndə Laxdar Brahimi ilə danışıqlar aparıb.

Dünən axşam saatlarında isə Suriyanın müxalif qrupları mötədil ruhani Maat Əl-Xatibi yeni koalisiyanın rəhbəri seçib. Onlar habelə biznesmen Riad Seif və tanınmış qadın aktivist Suhair Əl-Əttasini quruma vitse-prezident seçiblər.

ABŞ diplomatları və Qətər rəsmilərinin təzyiqlərinə baxmyaraq Əsəd əlayhdarı qüvvələr birlik koalisiyası barədə razılıq əldə edə bilmirdilər.

Dünən həmçinin ABŞ Dövlət Departamenti açıqladığı bəyanatda bildirib ki, qanlı Əsəd hakimiyyətinə son qoymaq və Suriyada dinc və demokratik gələcək qurmaq istiqamətində çalışacaq birləşmiş müxalifətə dəstək göstərəcək.

Müxalifət üzvləri cənab Əsəd hökuməti ilə danışıqlara qatılmayacağını dilə gətirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG