Accessibility links

Suriyada humanitar böhran dərinləşir


BMT rəsmiləri və yardım agentlikləri Suriya hökuməti və müxalifətinə müraciət edərək, mülki əhaliyə yardım çatdırılmasını istəyib.

Bəşəriyyətə qarşı cinayətkarlığa əl atıldığı deyilən Suriyada kütləvi qırğınların sayı artmaqdadır. BMT işgəncə, insan oğurluğu, qadın və uşaqların qətlində həm hökumət, həm də müxalif qüvvələri günahlandırır.

Suriyada qaçqın böhranı 1.8 milyon insanın öldürüldüyü Ruandadan sonra ən dərin böhran hesab edilir.

BMT-nin Təhlükəsizlik Şurası ayda 5000 insanın həlak olduğunu bildirib.

Ümumdünya Ərzaq Proqramı avqust ayının sonunadək vəsaitə malik olduğunu bildirib. İlin sonunadək Suriya daxilində 4 milyon, xaricində isə 3 milyon insanın yardıma ehtiyacı olacaq. Bu isə ayda orta hesabla 168 milyon dollar tələb edəcək.

BMT ötən ay Suriyaya yardım üçün 5.1 milyard dollarlıq vəsaitə ehtiyac olduğunu bildirib.

Suriyanın hökumət təmsilçisi insanların ehtiyacının qarşılanması üçün bütün lazımi ölçülərə əl atıldığını deyib.

BMT-nin baş katibi Ban Gi Munun çağırışlarına baxmayaraq, zorakılıqlara ara verilmir.

Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfdarları Homs bölgəsində çalışan barışıq qrupunun 7 üzvünü qətlə yetirib. Hadisə Həcər Abyad kəndində baş verib.

Britaniyada yerləşən insan haqları müdafiəçiləri həmin bölgənin hökumətə sadiq yarı-hərbi qruplaşmaların nəzarəti altında olduğunu bildirir.

Barışıq komandasının üzvləri Suriyada iki ildən artıqdır davam edən döyüşlərə son qoyulması səyləri çərçivəsində fəaliyyət göstərir.

Paytaxt Dəməşqə aparan və strateji əhəmiyyət kəsb edən yol üzərində yerləşən Homs Əsədin Ələvi təriqətinin əlindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG