Accessibility links

Azad Suriya Ordusunun lideri Riad Əsəd yaralanıb


Suriya fəallarının bildirdiyinə görə, bomba partlayışı nəticəsində Azad Suriya Ordusunun lideri Riad Əsəd yaralanıb.

Paytaxt Dəməşqin Üməyyad meydanına minomyot hücumu olub. Bu ərazi hərbi qərargahlar, mehmanxanalar və televiziya stasiyasının yerləşdiyi bölgədir.
Dövlət mediası hücum zamanı bir nəfərin həlak olduğunu, bir neçə adamın isə yaralandığını xəbər verib.

Suriyanın Milli Koalisiyasının istefa verən prezidenti Ərəb Liqasının ikigünlük Doha sammitində iştirak edəcək.

Əhməd Moaz Əl-Xatib dünən istefa verib. O, hər hansısa təsisatdansa kənarda daha azad fəaliyyət göstərə biləcəyini deyib.

Facebook səhifəsindəki açıqlamasında Xatib bildirib ki, o, Suriya xalqına vəziyyətin müəyyən bir nöqtəyə çatması ilə istefa verəcəyini vəd etmişdi. Lakin o, vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirməyib. Əhməd Moaz Əl-Xatib koalisiyaya 4 ay əvvəl seçilmişdi.

Suriya müxalifəti arasında ciddi parçalanma mövcuddur. Bəziləri prezident Bəşar Əl-Əsədlə dialoqa, digərləri isə münaqişənin hərbi yolla həllinə üstünlük verir.
Suriyada və Türkiyədə olan müxalifət Gassan Hittonun baş nazir seçilməsindən narahatdır. Xüsusilə onun ABŞ vətəndaşı olmasından.
XS
SM
MD
LG