Accessibility links

Dəməşqdə döyüşlər intensivləşib


Dəməşqdə Əsəd hökumətinin yüksək səviyyəli rəsmilərinin iclas zamanı öldürülməsindən sonra Suriya hökumət qüvvələri və üsyançılar arasında döyüşlərin şiddətləndiyi bildirilir.

Suriya dövlət televiziyası intiharçı hücumçunun Dəməşqdə Dövlət Təhlükəsizlik idarəsinin binasına hücum edərək onu partlatması nəticəsində müdafiə naziri Davud Racanın və onun müavini Asef Şövkətin öldürüldüyü haqda məlumat verib.

Müdafiə nazirinin müavini Asef Şövkət Suriya prezidenti Bəşər Əsədin qayını idi.

Keçmiş müdafiə naziri Həsən Türkməninin də bomba hücumu nəticəsində aldığı ağır yaralar nəticəsində öldüyü bildrilir.

Müşahidəçilər bugünkü hücumu Əsəd hökumətinin sonunun başlanğıcı kimi qiyməyləndirir.

Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, bu gün 18-i Dəməşqdə olmaqla, ölkə boyu 100-dən artıq adam öldürülüb.

ABŞ isə Suriyanın 29 hökumət rəsmisinə qarşı sanksiyalar tətbiq edib. Bu ölçü onların ABŞ-dakı hesablarını dondurmaqla yanaşı , Amerika şirkətlərinin onlarla biznes əlaqələrini qadağan edir.

ABŞ-ın Maliyyə Nazirlliyinin bildirdiyinə görə, sanksiyalar Suriyanın silah proqramı ilə əlaqəsi olan 5 şirkətə də şamil edilir.

Bu arada, BMT Təhlükəsizlik Şurasının BMT müşahidəçilərinin Suriyada missiyasının vaxtını uzatmaq üçün qətnamə ilə bağlı səsvermə keçiriləcəyi gözlənilir.

Missiyanın müddəti cümə günü başa çatır və prezident Bəşar Əsədə qarşı yeni sanksiyaların qətnaməyə əlavə edilib-edilməməsi məsələsində şura üzvlləri arasında fikir ayrılığı mövcuddur.
XS
SM
MD
LG