Accessibility links

Birləşmiş Ştatlar Bəşar Əl-Əsəd rejiminə qarşı hərbi hücuma başçılıq etməyə hazırlaşır


Obama administrasiyası Suriya hökumətinin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etdiyi fikrində qaldığını bildirir. Birləşmiş Ştatlar Bəşar Əl-Əsəd rejiminə qarşı hərbi hücuma başçılıq etməyə hazırlaşır.

Vitse-prezident Coe Bayden bir qrup ABŞ hərbi veteranı qarşısında Əsəd rejiminin ötən həftə Dəməşq yaxınlığında, dörd regionda yüzlərlə insanın ölümünə səbəb olmuş kimyəvi hücuma dair heç bir şübhənin olmadığını deyib.

Xəbər agentlikkləri ABŞ və Qərbin bir neçə başqa qüdrətli ölkəsinin məhdud hərbi hücumlar həyata keçirməyi nəzərdə tutduğu haqda məlumat verib.

Avstraliyanın xarici işlər naziri Bob Karr Kanberra şəhərində müxbirlərə qərbin Suriya rejiminə cavab vermək məcburiyyəti qarşısında qaldığını və bunun BMT Təhlükəsizlik Şurasının razılığı, ya da razılığı olmadan ediləcəyini deyib.

Suriya hökuməti ittihamları rədd edir və qətliamda üsyançıları təqsirləndirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya qarşı hər hansı bir hərbi müdaxilə ilə bağlı xəbərdarlıq edib. O deyib ki, hücum ölkədə və regionda sabitliyin pozulmasına gətirib çıxaracaq.

Rusiya Suriyanın əsas müttəfiqidir. Moskva və Çin Suriya hökumətinə qarşı vətəndaş müharibəsi ərzində mülkü əhaliyə təcavüzlə əlaqədar BMT sanksiyalarının tətbiq edilməsinin qarşısını dəfələrlə alıb.
XS
SM
MD
LG