Accessibility links

Suriya Azadlıq Ordusunun yüksək rütbəli lideri vəzifəsindən istefa verib


Suriya müxalifət koalisiyasının başçısı prezident Bəşar Əl-Əsəd hakimiyyətdən getməyə razı olmayanadək müxalifətin Cenevrədə keçirilməsi nəzərdə tutulmuş sülh konfransında iştirak etməyəcəyini deyib.

Suriya Milli Koalisiyasının prezidenti Əhməd Əl-Cəbra bunu Qahirədə Ərəb Liqasının xarici işlər nazirləri ilə görüşündə bildirib.

Əl-Cəbra həmçinin Ərəb Liqasını Suriya hərbi qüvvələrinə yardımını dayandırması üçün Tehrana təzyiq göstərməyə çağırıb.

Ərəb Liqasının iclası BMT və Liqanın elçisi Laxtar Brahiminin təklif edilmiş Cenevrə konfransının keçiriləcəyinə əmin olmadığını ifadə etməsi ilə eyni vaxta təsadüf edib.

Bu arada, ABŞ-ın dəstəklədiyi Suriya Azadlıq Ordusunun yüksək rütbəli lideri Əbdül Cabbar Akaidi Əsəd rejiminə son qoymaq uğrunda mübarizə aparan üsyançı qruplar arasında gedən mübahisəyə etiraz olaraq vəzifəsindən istefa verib.

Akaidi istefa verməsini Dəməşq hökumətini devirmək üçün beynəlxalq ictimayyətin maddi yardım göstərməməsi ilə də əlaqələndirib.
XS
SM
MD
LG