Accessibility links

İran Suriya sülh konfransında iştirak etməyəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, BMT-nin baş naziri Ban Ki Munun İranı Süriya sülh danışıqlarına buraxmamaq qərarı səhv addımdır, amma fəlakət deyil.

Lavrov cənab Banın İsveçrənin Monro şəhərində 30-dan çox ölkə nümayəndəsinin iştirakı ilə keçirilən danışıqlarda İranın iştirakına dair qərarını ləğv etməsinin ardınca danışıb.

Cənab Banın sözçüsü Martin Nesirki deyib ki, İranın Suriyada keçid hökuməti yaradılması ideyasına qarşı çıxması, onun bundan əvvəl Suriya məsələsində nikbin rol oynayacağı barədə götürdüyü öhdəliklə ziddiyyət təşkil edir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü müxbirlərə cənab Banın Suriyanın ən yaxın müttəfiqinin danışıqlarda iştirak etməsinə dair verdiyi qərarı ləğv etməsinin acınacaqlı hal olduğunu deyib.

Suriya hökuməti bildirib ki, prezident Bəşar Əl-Əsədin hakimiyyəti təhvil verməsi müzakirə mövzusu ola bilməz.
XS
SM
MD
LG