Accessibility links

ABŞ və Rusiya Suriyada atəşkəs planını açıqlayıb


Birləşmiş Ştatlar və Rusiya Suriyada hərbi əməliyyatları dayandırmaq barədə razılıq əldə ediblər. Əldə olunan razılıqda Suriyaya humanitar yardımın genişləndirilməsi və ölkədə siyasi keçid barədə danışıqların bərpası öz əksini tapır.

Qarşıdan gələn günlərdə biz bu atəşkəsə əməl etmək üçün tərəflərdən təminat alacağıq.
Con Kerri, ABŞ Dövlət Katibi

Bazar ertəsi yayımlanan birgə bəyanatda ABŞ və Rusiya fevralın 27-sindən başlayaraq atəşkəs elan olunmasını irəli sürüblər.

Razılaşma münaqişədə iştirak edən bütün tərəflərə şamil olunacaq. İslam Dövləti qrupu və Əl-Qaidə təşkilatının Cəbhət ən-Nüsra qolu kimi terrorist qruplarına qarşı mübarizə isə razılaşma xaricindədir.

Ağ Ev bildirib ki, Prezident Barak Obama və Rusiya Prezidenti Vladimir Putin razılaşmanı müzakirə etmək üçün telefonda danışıblar.

Prezidentlər Obama və Putin atəşkəs razılığını telefonda müzakirə ediblər.
Prezidentlər Obama və Putin atəşkəs razılığını telefonda müzakirə ediblər.

Birgə bəyanatda qeyd olunur ki, atəşkəsin qorunub saxlanılması üçün tərəflər qaynar xətt açacaqlar. Bu xəttdən informasiya mübadiləsini təmin etmək üçün istifadə olunacaq.

"Qarşıdan gələn günlərdə biz bu atəşkəsə əməl etmək üçün tərəflərdən zəmanət alacağıq," deyə Dövlət Katibi Con Kerri bildirib.

"Bu, vəd anıdır," deyə Kerri atəşkəsin davamlılığının tərəflərin ona riayət etməsindən asılı olacağını vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG