Accessibility links

Suriyada atəşkəs qüvvədədir, yardımın çatdırılması isə problem olaraq qalır


Suriyada ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə ümmumilkdə əməl edilir, lakin razılığın ən əsas şərtlərindən biri olan yardımın çatdırılması məsələ də hələ də problem olaraq qalır. Suriya hökuməti Hələb şəhərinə humanitar yardım çatdırılması məsələsinin rəsmi Dəməşqlə əlaqələndirilməli olduğuna təkid edir.

Yardım agentlikləri təkcə prezident Bəşar Əl-Əsəd rejimi deyil, döyüşən tərəflərdən də yardımın təhlükəsiz çatdırılması üçün qarantiyalar gözlədiyini blidirir. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədə müxbirlərə zorakılıqların “xeyli səviyyədə azaldığını” və yerlərdə vəziyyətin “hava hücumlarının olmadığı şəraitdə xeyli yaxşılaşdığını” deyib.

Lakin o əlavə edib ki, Suriya hökuməti Hələb ətrafında üsyançıların nəzarətində olan ərazilərdəki təxminən 250 min mülki vətəndaşa Türkiyə-Suriya sərhədində yardımla dolu yüklərin çərşənbə axşamı çatdırılmasına başlayacağına ümid bildirməsinə baxmayaraq, BMT-yə rəsmi məktub göndərilmədiyi üçün yardım hələ də yetişməyib.

Suriya, üsyançı qüvvələr
Suriya, üsyançı qüvvələr

Atəşkəslə bağlı şübhələrini ifadə edən fəallar Amerikanın Səsinə bildiriblər ki, bu ilin əvvəli Vaşinqton və Moskvanın vasitəçiliyi ilə əldə edilmiş və bir neçə həftə sürmüş atəşkəs yardımın çatdırılmasına imkan verilmədiyi üçün davam etməmişdir.

“Biz ölüm təhlükəsi olmayan bir şəraitdə işləməliyik”-deyə BMT-nin humanitar yardım çöbəsinin sözçüsü Jens Larke bildirib. BMT-nin təxminlərinə görə, yarım milyondan artıq suriyalı mühasirəyə alınmış ərazilərdə yaşayır.

Atəşkəsin ara-sıra pozulması

Atəşkəs rejiminin bazar ertəsi günün sonu qüvəyə minməsindən sonra həm üsyançılar, həm də Əsəd rejimi və onun tərəfdarları mülki vətəndaşlar arasında ölüm halları ilə bağlı məlumatların verilməməsinə baxmayaraq, bir-birini atəşkəsin ara-sıra pozulmasında ittiham ediblər. Rusiya hərbi qüvvələrinin rəsmiləri ABŞ-ın dəstəklədiyi üsyançı qrupların atəşkəs qüvvəyə minəndən sonra onu Hələbin üsyançıların nəzarətində olan hissələrinə aparan əsas yol olan Kastello yolunda dəfələrlə pozduğunu iddia edir.

Müxalifət tərəfdarı Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu rejim tərəfdarlarının bazar ertəsi gecədən başlayaraq Hələb vilayətində və Dəməşq ətrafında iki kəndi artilleriya atəşinə tutduğunu və şimalda Həma vilayətində raket hücumları həyata keçirdiyini bildirib.

“Mühasirədə olan ərazilərdəki suriyalıları bu proqramlardan məhrum edən Suriya hökuməti bu humanitar yardım səylərini siyasi məqsədlərlə manipulyasiya edir.”-QHT-lərin BMT-yə məktubundan

Üsyançı qüvvələr ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə böyük şübhə ilə yanaşır. Atəşkəsin qüvvəyə minməsindən sonra Vaşinqtonun dəstəklədiyi Azad Suriya Ordusu da daxil olmaqla 20-dən çox üsyançı qrupun açıqladığı bəyanatda “güzəştlər bataqlığında boğulmaq, ya da bizim sıralarımızda ayrılıma və parçalanmaya yol açmaq üçün hazırlanmış tələyə salındığımızdan xəbərdarıq” deyə bildirilir.

Üsyançı qruplar arasında məqsədlərlə bağlı şübhələr

Üsyançı qruplar eyni zamanda, ABŞ və Rusiyanın Əl-Qaidə ilə əvvəllər əlaqəsi olan Cəbhə Fateh Əl-Şamın hədəf alınması ilə bağlı təklifinə şübhə ilə yanaşaraq, bubun “inqilabın gücünü zəiflədəcəyini və Əsəd rejimi və onun müttəfiqlərini gücləndirəcəyini” iddia edir.

Fəalların sözlərinə görə, atəşkəsin davamlılığı yardımların çatdırılması və rejimin humanitar yardımın ya qarşısı alınmadan, ya da onun siyasi məqsədlərə kömək məqsədilə hökumətin istədiyi yerlərə aparılmadan çatırılmasına icazə verib-verməməsindən asılı olacaq.

Müharibənin getdiyi yerlərə yardımın çatdırılması hər zaman mürəkkəb bir məsələ olub, lakin Suriya münaqişəsində bütün tərəflər yardımdan silahlanma məqsədilə istifadə etməyə çalışdığı üçün burada bu daha da mürəkkəbdir.

Əlində oyuncaq silah olan suriyalı oğlan ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsdən sonra Qamışlı şəhərində dağılmış binanın qarşısında
Əlində oyuncaq silah olan suriyalı oğlan ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsdən sonra Qamışlı şəhərində dağılmış binanın qarşısında

Keçən həftə 70-dən çox qeyri-hökuməti təşkilatı Əsəd rejiminin yardmı manipulyasiya etdiyi və 4 milyarddan artıq yardım səylərinə böyük təsir göstərdiyinə görə BMT ilə informasiyanın bölüşdürülməsindən çəkinəcəyini bildirib. BMT-yə birgə məktubda təşkilatlar bildirib ki, “mühasirədə olan ərazilərdəki suriyalıları bu proqramlardan məhrum edən Suriya hökuməti bu humanitar yardım səylərini siyasi məqsədlərlə manipulyasiya edir.”

Ehtiyacı olanlara yardım səylərində inkişaf yoxdur

Yardım təşkilatları BMT-nin on milyonlarla dollar məbləğində müqavilələri ABŞ və Avropa İttifaqının sanksiyalarının tətbiq edildiyi bəzi qurumlar da daxil olmaqla Əsəd rejiminin tərəfdaşlarına verməsindən şikayət edir. Britaniyanın Guardian qəzetinin apardığı araşdırmaya əsasən, BMT-nin sponsorluğu ilə yardım yükləri nəzərdə tutulan insanların təxminən 33 faizinə çatdırılır.

Röyters xəbər agentliyi bazar ertəsi Türkiyə ilə sərhəddəki Cilvegözü şəhərindən Suriyaya ərzaq və un daşıyan 20 yük maşınının daxil olduğunu bildirib. Yardım daşıyan maşın karvanı BMT-yə aid deyil və onun müharibənin dağıtdığı ölkədə haraya qədər gedə biləcəyi aydın deyil.

Fransanın Sərhədsiz Həkimlər tibbi xeyriyyə təşkilatı təcili təchizata ehtiyacı olan 150 tibbi müəssisənin olduğunu bildirib. Onlar bütün tərəflərə yaralananların evakuasiya edilməsinə imkan verməyə çağırır. Lakin bu mübahisələrə səbəb daha bir məsələdir. Suriya hökuməti Hələbin şərqində evakuasiya Türkiyəyə və ya da üsyançıların nəzarətində olan yerlərə deyil, özünün nəzarətində olan ərazilərə göndərilməsini istəyir.

XS
SM
MD
LG