Accessibility links

Suriyada hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə edilib


ABŞ Dövlət katibi Con Kerri dünyanın qüdrətli dövlətlərinin Suriyada bir həftə ərzində hərbi əməliyyatların dayandırılması haqda razılıq əldə etdiyini bildirib.

Münhendə razılaşmasının əldə edildiyi görüşdə BMT-nin humanitat işçi qrupunun başçısı Yan Egeland bunu uzun müddətdir gözlənilən mühüm bir mərhələ adlandırıb.

Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu Tvitter səhifəsində yazıb ki, “bu, Suriyada böhranın həlli yollarının tapılması istiqamətində önəmli bir addımdır.”

Rusiyanın Baş naziri Dmitri Medvedev dünya qüdrətlərinə Suriyada quruda əməliyyatlarda iştirak etmək üçün əsgəri qüvvə yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. O verdiyi bəyanatda bildirib ki, “quruda əməliyyatlarda iştirak edən hər bir tərəf beləliklə müharibəyə cəlb edilmiş olur.”

Kerri Münhendə müxbirlərə deyib ki, hərbi əməliyyatların dayandrılması İslam Dövləti, Əl-Nusra və başqa terrorçu qruplara şamil edilməyəcək. ABŞ Dövlət katibi bildirib ki, 17 ölkənin daxil olduğu Beynəlxalq Suriyaya Dəstək Qrupuna Birləşmiş Ştatlar və Rusiyanın həmsədrliyi ilə işçi yaradılması haqda razılıq əldə edib.

Amerikanın baş diplomatı əlavə edib ki, hələlik bütün razılaşmalar kağız üzərindədir, lakin əsl sınaq tərəflərin öz öhdəliklərinə sadiq qalması olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG