Accessibility links

Suriyada atəşkəs davam edir


ABŞ dövlət katibi Con Kerri deyib ki, növbəti bir neçə gün Suriyada beş ildir davam edən münaqişənin dayandırılması məqsədinə nail olmaq üçün olduqca böyük əhəmiyyət daşıyır.

Con Kerri bu açıqlamaları Vaşinqtonda ABŞ-da səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında verib.

ABŞ Dövlət katibi Con Kerri və Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmeyer
ABŞ Dövlət katibi Con Kerri və Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmeyer

Suriyada hərbi əməliyyatlar artıq dördüncü gündür dayandırılıb.

Atəşkəs razılığına hökümət tərəfdarı döyüşçülər və müxalifət qüvvələri daxil olsa da, İŞİD və Əl-Qaidənin qolu olan Cəbhət Əl-Nüsrə yaraqlıları buraya daxil deyil.

Kerri bildirib ki, o və Rusiya xarici işlər naziri Sergey Lavrov şənbə günü qüvvəyə minəndən bəri atəşkəsin bir neçə dəfə pozulduğunu qeyd edib.

Atəşkəsə nazərət edən işçi qrupu bazar ertəsi Cenevrədə görüş keçirib, Con Kerri isə bu cür görüşlərin müntəzəm qaydada keçiriləcəyini deyib.

Görüş zamanı BMT-nın baş katibi Ban Ki-mun bildirib ki, “bəzi insidentlərə” baxmayaraq, atəşkəs hələ də davam edir.

Bazar ertəsi isə ABŞ-ın müdafiə naziri Eş Karter deyib ki, əgər düzgün qaydada riayət olunsa, atəşkəs regionda zorakılıqların azalmasına və hətta mümkündür müharibənin başa çatmasına gətirib çıxara bilər.

Suriya üsyançıları bazar ertəsi günü Əsəd rejiminin nəzarət etdikləri şəhər və kəndələrə hücumlar etdiyini iddia edib. Onların sözlərinə görə, 26 dəfə edilmiş hücumdan yeddisində hökumət qüvvələrinin vertolyotlarından çəllək bombaları atılıb.

Üsyançılar atəşkəsin artilleriya bombardmanı səbəbilə 24, quru əməliyyatlar səbəbilə isə beş dəfə pozulduğunu iddia edir. Onlar bu hücumların Rusiya, İran, Suriya rejimi və xarici yarı-hərbi dəstələr tərəfindən keçirildiyini iddia edir.

Rusiyanın müşahidəçiləri isə atəşkəsin doqquz dəfə pozulduğunun qeydə alındığını və bunun üsyançılar tərəfindən edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG